Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN  RESPUBLİKASI NAZİRLƏR  KABİNETİNİN QƏRARI
№ 548   Bakı şəhəri, 19 dekabr 2018-ci il
 
“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası ­Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 13-1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:
1. “Azərbaycan Respublikası ­Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 may tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 591, № 10, maddə 1294; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 439 nömrəli Qərarı) ləğv edilsin.
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri   
 
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 548 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların

 

SİYAHISI

 

1. Büdcədən maliyyələşdirilən qurumlar

 

1.1. Azərbaycan Respublikasının Abşeron Milli Parkı;

1.2. Azərbaycan Respublikasının Ağgöl Milli Parkı;

1.3. Azərbaycan Respublikasının Altıağac Milli Parkı;

1.4. Azərbaycan Respublikasının Göygöl Milli Parkı;

1.5. Azərbaycan Respublikasının Hirkan Milli Parkı;

1.6. Azərbaycan Respublikasının Qızılağac Milli Parkı;

1.7. Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı;

1.8. Azərbaycan Respublikasının Şahdağ Milli Parkı;

1.9. Azərbaycan Respublikasının Şirvan Milli Parkı;

1.10. Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğu;

1.11. Azərbaycan Respublikasının Korçay Dövlət Təbiət Qoruğu;

1.12. Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu;

1.13. Azərbaycan Respublikasının Zaqatala Dövlət Təbiət Qoruğu;

1.14. Bəsitçay Dövlət Təbiət Qoruğu;

1.15. İlisu Dövlət Təbiət Qoruğu;

1.16. Qaragöl Dövlət Təbiət Qoruğu;

1.17. Türyançay Dövlət Təbiət Qoruğu;

1.18. Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu;

1.19. Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidməti;

1.20. Samux Dövlət Ovçuluq Təsərrüfatı;

1.21. İnnovasiyaların Tətbiqi və Texniki Təminat Mərkəzi;

1.22. Zooloji Park;

1.23. Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu;

1.24. C.Cavadov adına Kür-Ağzı Nərə Balıqartırma Zavodu;

1.25. Çaykənd Qızılbalıqartırma Zavodu;

1.26. D.Yusifov adına Qəbələ Qızılbalıqartırma Zavodu;

1.27. Xıllı Nərə Balıqartırma Zavodu;

1.28. Şirvan Nərə Balıqartırma Zavodu;

1.29. Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı;

1.30. Tovuz Balıqartırma Təsərrüfatı;

1.31. Yenikənd Balıqartırma və Meliorasiya Təsərrüfatı;

1.32. Su Hövzələrində Bioloji Resursların Mühafizəsi Xidməti;

1.33. Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu;

1.34. Meşə Təsərrüfatı Tədbirləri Mərkəzi;

1.35. Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzi;

1.36. Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzi;

1.37. Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzi;

1.38. Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi;

1.39. Quba Regional Meşə Təsərrüfatı Mərkəzi;

1.40. Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi;

1.41. Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi;

1.42. Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzi;

1.43. Şabran Regional Meşə Təsərrüfatı Mərkəzi;

1.44. Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi;

1.45. Şəki Regional Meşə Təsərrüfatı Mərkəzi;

1.46. Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi;

1.47. Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzi;

1.48. Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzi;

1.49. Abşeron Regional Meşə Tingliyi və Toxumçuluğu Mərkəzi;

1.50. Şuşa İriləşdirilmiş Meşəbəyiliyi;

1.51. Ağdərə Meşə Təsərrüfatı;

1.52. Kəlbəcər Meşə Təsərrüfatı;

1.53. Laçın Meşə Təsərrüfatı;

1.54. Zəngilan Meşə Təsərrüfatı;

1.55. Elmi-Tədqiqat Meşəçilik İnstitutu;

1.56. Hidrometeoroloji Tədbirlər Mərkəzi;

1.57. Radiometeorologiya, Aviameteorologiya və Aerologiya Mərkəzi;

1.58. Hidrometeoroloji Proqnozlar Bürosu;

1.59. İqlim Dəyişmələri və Ozon Mərkəzi;

1.60. İqlim Bazası və Kommunikasiya Mərkəzi;

1.61. Abşeron və Dəniz Hidrometeorologiya Mərkəzi;

1.62. Aran Regional Hidrometeorologiya Mərkəzi;

1.63. Cənub Regional Hidrometeorologiya Mərkəzi;

1.64. Qərb Regional Hidrometeorologiya Mərkəzi;

1.65. Şimal-Qərb Regional Hidrometeorologiya Mərkəzi;

1.66. Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzi;

1.67. Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu;

1.68. Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi;

1.69. Ətraf Mühit üzrə Monitorinq Mərkəzi;

1.70. Ətraf Mühit üzrə Laboratoriya Mərkəzi;

1.71. Milli Geoloji Kəşfiyyat Xidməti;

1.72. Operativ Monitorinq və Ekspedisiyalar Mərkəzi;

1.73. Geofiziki Ekspedisiya;

1.74. Şərq Geoloji Axtarış Ekspedisiyası;

1.75. Qərb Geoloji Axtarış Ekspedisiyası;

1.76. Geoloji Planaalma Ekspedisiyası;

1.77. Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası;

1.78. Mineral Xammal Analitik və Elmi-Tədqiqatlar Mərkəzi;

1.79. Hidrogeoloji, Geoekoloji, Mühəndis-Geoloji, Neft-Dağ Hasilatı və Kəşfiyyatının Monitorinqi Mərkəzi;

1.80. Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzi;

1.81. Metrologiya və Standartlaşdırma Mərkəzi;

1.82. Ətraf Mühit və Təbii Sərvətlər üzrə İnformasiya-Arxiv Fondu;

1.83. Normativ və Texniki Normativ Hüquqi Aktlar üzrə Elmi-Tətbiqi Mərkəz;

1.84. İxtisaslaşdırma və İxtisasartırma İnstitutu;

1.85. “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyəti;

1.86. Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi.

 

2. Təsərrüfathesablı təşkilatlar

 

2.1. “Təhlükəli Tullantılar” Məhdud Məsuliyyətli Cəmiyyəti;

2.2. Layihələrin İcra Qrupu;

2.3. Layihələndirmə Mərkəzi.

 

3. Publik hüquqi şəxslər

 

3.1. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi.

                        

 

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə