Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN  RESPUBLİKASI NAZİRLƏR  KABİNETİNİN QƏRARI
№ 546    Bakı şəhəri, 19 dekabr 2018-ci il
 
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələləri və ödəniş şərtləri”nin təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanının 9.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələləri və ödəniş şərtləri” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
 
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri   
 
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 546 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələləri və ödəniş şərtləri

 

1. İnşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin tikinti mərhələləri:

1.1. relyefin təşkili planına uyğun olaraq, tikinti üçün ayrılmış ərazinin şaquli planlaşdırılması;

1.2. tikintinin təşkili layihəsinə uyğun olaraq, müvəqqəti bina və qurğuların tikintisi və obyektlər üzrə tikinti sahəsində torpaq işləri;

1.3. bünövrənin və yeraltı konstruksiyaların quraşdırılması;

1.4. bünövrənin  və  torpaqla  təmasda  olan  yerlərin  hidroizolyasiyası  və  torpağın  əks doldurulması;

1.5. hər mərtəbə üzrə konstruktiv elementlərin quraşdırılması;

1.6. mərtəbələr üzrə xarici, daxili, arakəsmə və şaxta divarlarının hörülməsi, habelə suvanması;

1.7. mərtəbələr üzrə pəncərə, vitraj və qapıların qoyulması;

1.8. daxili mühəndis-kommunikasiya təminatı sisteminin quraşdırılması və sınağı (ayrı-ayrılıqda qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları);

1.9. dam örtüklərinin qurulması və fasadda tamamlama işləri;

1.10. mərtəbələr üzrə döşəmələrin qurulması;

1.11. liftlərin quraşdırılması və işə buraxılması;

1.12. mərtəbələr üzrə daxili  tamamlama-bəzək işləri;

1.13. xarici mühəndis-kommunikasiya təminatı sisteminin çəkilməsi və sınağı;

1.14. abadlıq və yaşıllaşdırma işləri.

              2. İnşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçılarına tamamlanmış işlər üzrə tikinti mərhələlərinə uyğun ödəniş şərtləri (sahəxarici mühəndis-kommunikasiya təminatı sisteminin quraşdırılması işləri istisna olmaqla):

2.1. müqavilə şərtlərinə əsasən sifarişçi tərəfindən müqavilə qiymətinin 30 faizi qədər vəsait avans olaraq podratçı təşkilata ödənilir;

  2.2. yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin təhvili və qəbulu üzrə F-2 formalı akt (1 nömrəli əlavə) tərtib olunur və həmin akt əsasında xərclərin və yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri haqqında F-3 formalı arayış (2 nömrəli əlavə) müvafiq qaydada rəsmiləşdirilir. F-3 formalı arayış  xərclərin və yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyərinin ödənilməsi üçün əsas sənəd sayılır;

2.3. görülmüş tikinti işləri üzrə təqvim ayında ən azı bir dəfə F-2 formalı akt və F-3 formalı arayış əsasında ödəniş həyata keçirilir;

              2.4. işlər mərhələlər üzrə podrat müqaviləsinin şərtlərinə zidd olaraq keyfiyyətsiz yerinə yetirildikdə, nöqsanlar aradan qaldırılanadək yerinə yetirilmiş tikinti-quraşdırma işləri sifarişçi tərəfindən qəbul edilmir;

2.5. tikinti obyektinin istismarına icazə verildikdən sonra podrat müqaviləsinin şərtlərinə uyğun olaraq, təminat müddətinin sonunda müqavilə qiymətinin qalıq hissəsi ödənilir.

3. Tikinti obyektlərinin sahəxarici mühəndis-kommunikasiya təminatı sisteminin quraşdırılması üçün podratçılara müvafiq olaraq quraşdırma işlərinin ilkin mərhələsində ən çoxu 20 faiz avans ödənildikdən sonra bu sənədin 2.2-2.5-ci bəndlərinə uyğun olaraq tamamlanmış və təhvil verilmiş işlərə görə qalıq vəsait ödənilir.

4. Obyektin tikintisi müddətində Azərbaycan Respublikasında inflyasiya dərəcəsində və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdə baş verə biləcək dəyişikliklərlə bağlı rəsmi məlumatlara əsasən kompensasiyanın ödənilməsi ilə əlaqədar olan məsələlərə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq podrat müqaviləsində əvvəlcədən nəzərdə tutulmuş şərtlər çərçivəsində baxılır.

 

 

 

___________________

 

 

 

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələləri və ödəniş şərtləri”nə

 

1 nömrəli əlavə

 

F–2 formalı akt

 

Sifarişçi ________________________________________________

 

Baş podratçı ____________________________________________

 

______________ tarixinə yerinə yetirilən işlər haqqında

 

A K T

 

Müqavilə № _______________________________________

 

Sıra

№-si

İşlərin adı

Ölçü

vahidi

Miqdarı

Vahidinin

dəyəri (manatla)

Ümumi

dəyəri

(manatla)

 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

ƏDV (18 %)

 

 

Yekun (ƏDV ilə birlikdə)

 

 
 

 

Sifarişçi:

Podratçı:

 

 

_______________________

_______________________

 

 

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələləri və ödəniş şərtləri”nə

 

2 nömrəli əlavə

 

F–3 formalı arayış

 

________________ tarixində yerinə yetirilən podrat işləri

      və xərclər haqqında

 

A R A Y I Ş

 

(Podratçı tərəfindən hər ay və hər il sifarişçiyə və maliyyələşdirmə bankına təqdim olunur)

 

Sifarişçi ________________________________________________

 

Baş podratçı ____________________________________________

 

Müqavilə _______________________________________________

 

Tikinti obyektinin adı və ünvanı _____________________________

 

                                                                                                                                                        

Buraxılış komplekslərinin, obyektlərin və iş komplekslərinin adı

Yerinə yetirilmiş podrat işlərinin dəyəri (manatla)

hesabat ayı daxil olmaqla, tikintinin əvvəlindən

həmçinin,  hesabat ayında tikinti-quraşdırma işləri

həmçinin, yeni layihə həlləri və tədbirlərdən yaranan qənaət

2-ci qrafadan avadanlıqların quraşdırılması işləri

1-ci qrafadan tikinti-quraşdırma işlərinə daxil olmayan əlavə xərclər

A

1

2

3

4

5

Müqavilə dəyəri

 

 

 

 

 

 

A

1

2

3

4

5

Yerinə yetirilmiş işlərin ümumi dəyəri

 

 

 

 

 

ƏDV 18 %

 

 

 

 

 

ƏDV ilə birlikdə ümumi cəmi

 

 

 

 

 

Avans məbləği

 

 

 

 

 

Avans məbləğindən tutulur

 

 

 

 

 

Ödəniləcək məbləğ

 

 

 

 

 

 

Sifarışçi:

 

Podratçı:

 

           _______________________

            

           _______________________

 

 

 

 

 

 

 

 

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə