Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN  RESPUBLİKASI NAZİRLƏR  KABİNETİNİN QƏRARI
№ 544 Bakı şəhəri, 19 dekabr 2018-ci il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli, “Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri”nin təsdiq edilməsi haqqında” 2012-ci il 23 aprel tarixli 87 nömrəli, “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında” 2012-ci il 3 avqust tarixli 171 nömrəli və “Miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın və “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 12 may tarixli 140 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:
1. “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 977) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında və 1-ci hissəsində “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” üzrə:
1.2.1. adında “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin;
1.2.2. “Qeydlər”in 1-ci hissəsində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578, № 11, maddə 1928, № 12, maddələr 2219, 2233; 2017, № 2, maddə 277,  № 4, maddə 624, № 5, maddələr 972, 986, № 6, maddə 1247, 
№ 7, maddələr 1479, 1484, № 9, maddələr 1720, 1725, 1754, № 10, maddələr 1898, 1926, 1930, № 11, maddələr 2162, 2180; 2018, № 3, maddə 620, № 4, maddə 835, № 5, maddə 1139, № 7 (II kitab), maddə 1638, № 8, maddə 1806; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 2 oktyabr tarixli 426 nömrəli, 15 oktyabr tarixli 447 nömrəli, 24 oktyabr tarixli 463 nömrəli, 30 noyabr tarixli 516 nömrəli və 1 dekabr tarixli 521 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 13.5-ci bəndində “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 23 aprel tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 397) ilə təsdiq edilmiş “Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4-cü hissənin adında, 4.1-ci və 4.5-ci bəndlərdə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin;
3.2. 4.17-ci bənddə “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 8, maddə 820; 2013, № 6, maddələr 746, 774; 2017, № 2, maddə 315, № 8, maddə 1624; 2018, № 4, maddə 808; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 480 nömrəli və 16 noyabr tarixli 489 nömrəli qərarları) ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
4.1. “I. Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar” bölməsi üzrə:
4.1.1. 3-cü hissənin adında, 3.2.1-ci və 3.2.3-cü yarımbəndlərdə, 3.3.1-ci yarımbəndin ikinci cümləsində, 3.3.2-ci yarımbəndin birinci cümləsində, 3.3.10-cu, 3.3.12-ci, 3.3.14-cü, 3.3.18-3.3.20-ci yarımbəndlərdə, 10 nömrəli cədvəlin “Qeyd”ində, 3.3.22-ci yarımbəndin birinci cümləsində, 3.3.25-ci, 3.3.26-cı, 3.3.32-ci yarımbəndlərdə, 3.4.1-ci yarımbəndin birinci cümləsində, 3.6.1-ci yarımbənddə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin;
4.1.2. 3.1.1-ci, 3.3.27-ci və 3.3.30-cu yarımbəndlərdə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə və ismin müvafiq hallarında “şagird” sözü ismin müvafiq hallarında “tələbə” sözü ilə əvəz edilsin;
4.1.3. 3.2.2-ci yarımbənd üzrə:
4.1.3.1. birinci cümlədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə, “şagirdə” sözü “tələbəyə” sözü ilə əvəz edilsin;
4.1.3.2. ikinci cümlədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin;
4.1.4. 3.3.4-cü, 3.3.7-ci, 3.3.11-ci yarımbəndlərdə, 8 nömrəli cədvəldə hər dörd halda, 9 nömrəli cədvəldə ismin müvafiq hallarında “şagird” sözü ismin müvafiq hallarında “tələbə” sözü ilə əvəz edilsin;
4.1.5. 3.3.13-cü yarımbənd üzrə:
4.1.5.1. birinci cümlədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin;
4.1.5.2. üçüncü cümlədə “Şagird” sözü “Tələbə” sözü ilə əvəz edilsin;
4.1.6. 7 nömrəli cədvəldə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə və “Şagirdlərin” sözü “Tələbələrin” sözü ilə əvəz edilsin;
4.1.7. 3.3.15-ci yarımbənddə “şagirdlərinin” sözü “tələbələrinin” sözü ilə və “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin;
4.1.8. 3.3.21-ci yarımbənddə və 11-12 nömrəli cədvəllərdə ismin müvafiq hallarında “Şagirdlər” sözü ismin müvafiq hallarında “Tələbələr” sözü ilə əvəz edilsin;
4.1.9. 3.3.23-cü yarımbəndin birinci cümləsində, 3.3.28-ci, 3.3.29-cu, 3.6.3-cü yarımbəndlərdə “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin;
4.2. “II. Təhsil müəssisələrinin maddi-texniki təchizatına dair vahid normalar” bölməsi üzrə:
4.2.1. 3-cü hissənin adında və 3.1-ci bənddə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin;
4.2.2. 3.4.1-ci yarımbənddə “şagirdlər” sözü “tələbələr” sözü ilə əvəz edilsin;
4.3. “III. Təhsil müəssisələrində ümumi sanitariya-gigiyena tələbləri” bölməsinin 3-cü hissəsinin adında və 3.1-ci bəndində “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin;
4.4. “IV. Təhsil müəssisələrində şagird yerləri ilə təminat normativləri” bölməsi üzrə:
4.4.1. 3-cü hissənin adında “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin;
4.4.2. 3.1-ci bənddə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə və “şagird” sözü “tələbə” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 140 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 567) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın 3.6-cı bəndində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri   
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə