Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN  RESPUBLİKASI NAZİRLƏR  KABİNETİNİN QƏRARI
№ 540     Bakı şəhəri, 19 dekabr 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1993-cü il 6 avqust tarixli 438 nömrəli, “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında” 1994-cü il 5 may tarixli 176 nömrəli, “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 1994-cü il 10 may tarixli 185 nömrəli, “Respublikanın tədris müəssisələrində ibtidai hərbi hazırlığın tədrisinin yaxşılaşdırılması tədbirləri haqqında” 1995-ci il 22 avqust tarixli 190 nömrəli, “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinin təsdiq edilməsi haqqında” 1998-ci il 29 may tarixli 119 nömrəli, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli və “Mülki müdafiənin təmin edilməsi haqqında” 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli  140 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin  etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 avqust tarixli 438 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamə”nin 1.6-cı bəndinin ikinci cümləsində və 2.4.3-cü yarımbəndində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 18-ci hissəsinin üçüncü abzasında “texniki-peşə” sözləri “peşə” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın 5.6-cı bəndinin ikinci abzasında aşağıdakı dəyişikliklər edilsin:
3.1. “Tədbirlər” sütununda “texniki-peşə” sözləri “peşə” sözü ilə əvəz edilsin;
3.2. “Məsul idarə və təşkilatlar” sütununda “Material Ehtiyatları Nazirliyi, Sənaye-Ticarət Dövlət Konserni, “Xalq üçün mallar” Dövlət Konserni” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilsin.
4. “Respublikanın tədris müəssisələrində ibtidai hərbi hazırlığın tədrisinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 avqust tarixli 190 nömrəli Qərarının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. beşinci və altıncı abzaslarda ismin müvafiq hallarında “orta ümumtəhsil, peşə məktəbləri və texnikumlar” sözləri ismin müvafiq hallarında “ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələri” sözləri ilə əvəz edilsin;
4.2. yeddinci abzasda “müvafiq ümumtəhsil, texniki peşə məktəbi və texnikumlar olan nazirlik, baş idarə və yerli İcra Hakimiyyəti orqanları” sözləri “ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələri olan dövlət orqanı (qurumu)” sözləri ilə əvəz edilsin;
4.3. on birinci abzasda “orta ümumtəhsil və peşə məktəblərini” sözləri “ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrini” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, 
№ 5, maddə 360; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2005, 
№ 6, maddə 541; 2006, № 5, maddə 463; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1369; 2013, № 10, maddə 1199; 2016, № 9, maddə 1585; 2017, № 4, maddə 620) ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
5.1. I hissənin dördüncü abzasında və VIII hissənin ikinci abzasında “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin;
5.2. IV hissə üzrə:
5.2.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:
“Ümumi təhsil və orta ixtisas təhsili müəssisələrində İHH fənninin tədrisinə 140 saat vaxt ayrılır. Peşə təhsili müəssisələrində ümumi orta təhsil bazasından qəbul olunmuş təhsil alanlar üçün təşkil edilən qruplarda İHH fənninin tədrisinə aşağıdakı miqdarda dərs saatları ayrılır: 
- təhsil müddəti 1 il olan ilk peşə təhsili alanlara - 40 saat;
- təhsil müddəti 2 il olan texniki peşə təhsili alanlara - 80 saat;
- təhsil müddəti 3 il olan texniki peşə təhsili alanlara - 124 saat;
- təhsil müddəti 4 il olan yüksək texniki peşə təhsili alanlara - 140 saat.”;
5.2.2. ikinci abzasda “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 596; 2000, № 10, maddə 764; 2001, № 3, maddə 214; 2003, № 6, maddə 342; 2005, № 7, maddə 661, № 9, maddələr 857, 858, 
№ 12, maddə 1244; 2006, № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, 
№ 10, maddələr 902, 903; 2007, 
№ 2, maddələr 185, 188, № 5, maddə 544; 2008, № 2, maddələr 114, 129, 130, № 9, maddə 853; 2009, № 10, maddə 857; 2010, № 3, maddələr 263, 264, № 8, maddə 763, № 12, maddə 1123; 2011, № 5, maddə 449, № 7, maddə 742; 2012, № 2, maddə 180, 
№ 7, maddə 773; 2014, № 4, maddə 459; 2016, № 7, maddə 1343, № 11, maddə 1973; 2017, № 4, maddə 610,
 № 5, maddə 995, № 9, maddə 1728, 
№ 10, maddə 1913, № 12 (II kitab), maddə 2548; 2018, № 6, maddə 1348, № 9, maddə 1903; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 noyabr tarixli 509 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 46-cı hissəsinin birinci abzasının birinci cümləsində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 600; 2006, № 9, maddə 822; 2008, № 6, maddələr 584, 586; 2010, № 3, maddə 264, № 6, maddə 566) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2.4-cü bəndin birinci cümləsində, 2.6-cı və 5.9-cu bəndlərdə “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin;
7.2. V hissənin adında “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri                          

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə