Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Belarus II Avropa Oyunlarında yüksək nəticə göstərəcək”

“Belarus  II  Avropa  Oyunlarında  yüksək  nəticə  göstərəcək”

Belarus Teleqraf Agentliyinin ( BELTA ) yaydığı xəbərə görə, bu ölkənin idman və turizm naziri Sergey Kovalçuk Milli Olimpiya Komitəsində idmanın yay növlərinin inkişafına dair məsələnin müzakirə olunduğu müşavirədə deyib: “2019-cu ilin iyun ayında keçiriləcək II Avropa Oyunlarında Belarus komandası yüksək nəticə göstərəcək”.
İdman naziri dövlət başçısı Aleksandr Lukaşenkonun Avropa Oyunlarına hazırlıq haqqında sualına cavab verərkən əmin edib ki , idmançılar uğur qazana biləcəklər.
Minskdə II Avropa Oyunları 2019-cu il iyunun 21-dən 30-dək keçiriləcək. Yarışlar 12 idman obyektində təşkil olunacaq. Oyunlarda 50 ölkədən 4 mindən çox atlet 15 növdə 200 dəst medal uğrunda mübarizə aparacaq. Doqquz növ üzrə yarışlar 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Badminton, boks, baydarka və kanoelərdə avarçəkmə, cüdo yarışları həm də Avropa çempionatı kimi keçiriləcək.
BELTA-nın bu xəbərinə əlavə olaraq xatırladaq ki, Belarus Respublikası idmançıları 2015-ci ilin iyun ayında Bakıda keçirilmiş birinci Avropa Oyunlarında 43 medal–10 qızıl, 11 gümüş və 22 bürünc mükafat qazanaraq ümumi komanda hesabında yeddinci nəticə göstərmişlər.

 

Oqtay BAYRAMOV , “Xalq qəzeti”

 

22 Dekabr 2018 00:51 - İDMAN
İDMAN
16 Sentyabr 2019 | 23:05
La Liqa tarixində ilk
15 Sentyabr 2019 | 10:58
Klopp birincidir
14 Sentyabr 2019 | 11:39
Cari mövsümdə ilk mükafat
14 Sentyabr 2019 | 00:40
“Barselona” mənim evimdir”

Köhnə versiyamızdan xəbərləri izlə