Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənubi Muğan Kanalı İstismarı İdarəsi 2019-cu ildə təsərrüfat ehtiyacları üçün istismar tədbirlərinin yerinə yetirilməsinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Cənubi Muğan Kanalı İstismarı İdarəsi  2019-cu ildə təsərrüfat ehtiyacları üçün istismar tədbirlərinin yerinə yetirilməsinin satınalınması məqsədilə AÇIQ  TENDER  ELAN  EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot- 1. Əsaslı və cari təmir üçün tikinti materiallarının satınalınması.
Lot-2. Nasos stansiyasında  mexaniki və elektrik avadanlıqlarının, torpaqqazan mexanizmlərin və nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələrinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Biləsuvar şəhəri, H.Əliyev küçəsi 86 nömrəli ünvanda yerləşən Cənubi Muğan Kanalı İstismarı İdarəsindən (əlaqələndirici şəxs- Atabala Heydərovdan, telefon- 02529-5-00-32) ala bilərlər.
İştirak haqqı  lot-1 üçün  55  və 
lot -2 üçün isə  45 manatdır.
Təşkilat- Biləsuvar CMKİİ
H/h- AZ 68 CTRE 00000000000002352602
VÖEN- 4100036711
Bank- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ 41 NABZ 01360100000000003944
S.W.İ.F.T.BİK CTREAZ 22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət ­satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 29 yanvar   2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 6 fevral   2019-cu  il saat 18.00-a qədər Biləsuvar şəhəri, H. Əliyev küçəsi  86 nömrəli ünvanda yerləşən Cənubi Muğan Kanalı İstismarı İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 7 fevral ­2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

22 Dekabr 2018 00:48 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR
18 Oktyabr 2019 | 10:28
Kapital Bank

Köhnə versiyamızdan xəbərləri izlə