Ən son xəbərlər
TASS-ın məlumatına görə, Genuyanın Baş prokuroru Françesko Koççi bəyan edib ki, körpünün uçması heç də təsadüfi deyil. Biz bu suallara cavab verməliyik: Körpü niyə uçub? Günahkar kimdir?
İtaliyanın Baş nazirinin müavini, iqtisadi inkişaf naziri Luici Di Mayo bildirmişdi ki, körpünün uçmasında günahkar “Autostrade per L` Italia” şirkətidir.
İstintaq davam edir.
Xatırladaq ki, İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində 39 nəfər həlak olub ki, onlardan ikisi yeniyetmə, biri isə uşaqdır.
Genuyada iki günlük matəm elan edilib.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə