Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat Musa Quliyev: Prezident İlham Əliyevin birdəfəlik yardımla bağlı sərəncamı aztəminatlı ailələrə qayğının ifadəsidir

Deputat Musa Quliyev: Prezident İlham Əliyevin birdəfəlik yardımla bağlı sərəncamı aztəminatlı ailələrə qayğının ifadəsidir

Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncamı dövlət başçısının aztəminatlı vətəndaşlara bir bayram hədiyyəsidir. Bunu Trend-ə Milli məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən davam etdirilir: “Aztəminatlı ailələrə, şəhid ailələrinə, müharibə veteranlarına mütəmadi olaraq bu cür müavinətlər verilir. Bu, həm bizim milli adət-ənənələrimizə bağlılıqdır, həm də dövlət başçısının aztəminatlı insanlara qayğısının ifadəsidir”.

Deputat vurğulayıb ki, bütövlükdə bu sərəncam Prezident İlham Əliyevin apardığı sosial siyasətin, aztəminatlı insanlara qayğı siyasətinin məntiqi davamıdır: “Cənab Prezidentin son aylarda bir neçə bu cür fərman və sərəncamları olub. Aztəminatlı insanların, qaçqın və məcburi köçkün ailələrinin, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələrinə birdəfəlik müavinətin verilməsi və s. ilə bağlı tədbirlər ölkə başçısının sosial siyasətinin davamıdır”.

M.Quliyev bildirib ki, Prezidentin bu sərəncamı birmənalı olaraq vətəndaşlarımız tərəfindən hörmətlə və minnətdarlıqla qarşılanır: “Bu, bütövlükdə Azərbaycan vətəndaşlarının dövlətə bağlılığını, cənab Prezidentin ətrafında sıx birləşməsinin ifadəsidir”.

21 Dekabr 2018 16:37 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə