Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fiziologiya İnstitutu ilə Həştərxan Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

Fiziologiya İnstitutu ilə Həştərxan Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, b.ü.e.d. Ulduz Həşimova Həştərxan Dövlət Universitetinin biologiya fakültəsinin dekanı, b.ü.f.d. Yelena Kondratenko ilə görüşüb. Görüş zamanı qurumlar arasında müasir istiqamətlər üzrə elmi-tədqiqat işlərinin aparılması, təhsil proqramlarının hazırlanması, birgə elmi konfrans, forum və simpoziumların təşkili məsələləri müzakirə olunub.

Y.Kondratenko, həmçinin institutun əməkdaşları ilə görüşüb, aparılan tədqiqat işləri ilə yaxından tanış olub. www.science.gov.az saytı yazır ki, sonda Fiziologiya İnstitutu ilə Həştərxan Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

                                        

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

21 Dekabr 2018 16:08 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin