Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Karyera planlaması və uğurlu müsahibənin sirrləri”

“Karyera planlaması və uğurlu müsahibənin sirrləri”

Azəbaycan Turizm və Menecment Universitetinin (ATMU) biznes idarəçiliyi fakultəsi, iqtisadiyyat kafedrasının kollektivi ölkəmizin sənaye nümayəndələri ilə müştərək əməkdaşlığa xüsusi önəm verir.

 Azərbaycan Turizm və Menecment Universiteti və Maliyyə Bazarlarına Nəzarət Palatası Təlim və Maarifləndirmə Mərkəzinin təşkilatşılığı ilə bu günlərdə keçirilən növbəti təlim “Karyera planlaması və uğurlu müsahibənin sirrləri” adlanır.

Ali təhsil müəssisəsində təşkil olunan tədbiri Təlim və Maarifləndirmə Mərkəzinin direktoru Anar Həsənov aparıb. Fikir mübadiləsi şəraitində keçirilən təlimdə hər bir  tələbə və məzunun işlə təminolunma prosesində  qarşılaşdıqları çətinliklərin aradan qaldırılması yolları göstərilib. Təlim proqramında dəqiq karyera planlaması, həmin prosesin təşkili və idarə edilməsi, CV formasının tərtibi, müsahibədə xarici görünüş, davranış və rəftar qaydalarından ətraflı bəhs olunub.

Təlimin sonunda A.Həsənov iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Eyni zamanda,təlim zamanı fəallıq göstərən iştirakçılara sertifikatlar verilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 Dekabr 2018 14:57 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə