Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görkəmli yazıçının xatirəsi anılıb

Görkəmli yazıçının xatirəsi anılıb

“Maqsud Şeyxzadə: Özbək dramaturgiyasının banisi, Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi” mövzusunda beynəlxalq konfrans keçirildi.

Konfransda  çıxış edən yazıçı-publisist, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişafında Maqsud Şeyxzadənin rolunu diqqətə çatdırıb. Bildirib ki, hazırda bu əlaqələr ən yüksək səviyyədə davam etdirilir.  S.Vəliyeva  deyib: "Hər iki ölkə yazarlarının əsərləri qarşılıqlı olaraq tərcümə olunur. Bu yaxınlarda Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavidin seçilmiş əsərlərindən ibarət kitab özbək dilinə tərcümə olundu və məhz Maqsud Şeyxzadənin fəaliyyət göstərdiyi Nizami Gəncəvi adına Pedaqoji Universitetdə təqdim edildi"

Digər çıxışçılar da Maqsud Şeyxzadənin həyat və fəaliyyətindən bəhs edərək, özbək ədəbiyyatının inkişafı üçün göstərdiyi misilsiz xidmətləri qeyd etdilər. Tədbirdə görkəmli mütəfəkkiriin həyatından bəhs edən "İki xalqın iftixarı" filmi də nümayiş olundu.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 Dekabr 2018 14:34 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə