Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib

“Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyi, “Müasir İnkişaf” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilati dəstəyilə “Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirin aparıcısı, ADPU-nun elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev bildirib ki, Azərbaycan dili xalqımızın milli-mənəvi sərvətidir. O, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncam və fərmanları xatırladaraq daim bu istiqamətdə çalışmalar həyata keçirməyin zəruriliyindən söz açıb.

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov dilimizi qorumağın, onun saflığı uğrunda mübarizə aparmağın vacib olduğunu qeyd edib. Onun sözlərinə görə QHT-lərin bu istiqamətdə aktiv olması çox faydalıdır.

“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev media, sosial şəbəkələr və reklam lövhələrində Azərbaycan dili ilə bağlı rast gəlinən pozuntulardan söz açıb. O, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını nümunə gətirərək bir sıra məmurların nitqlərində yol verdikləri qüsurlara iradını bildirib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 Dekabr 2018 12:27 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə