Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Aİ Türkiyə ilə strateji tərəfdaşlığı davam etdirəcək”

J.K.Yunker Ankaranın yunan hərbçilərini azad etməsini alqışlayıb

“Aİ Türkiyə ilə strateji tərəfdaşlığı davam etdirəcək”

Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Türkiyənin hakimiyyət qurumlarının iki yunan hərbçisinin həbsdən azad edilməsi barədə qərarını alqışlayıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
J. K.Yunker sosial şəbəkələrdəki səhifəsində yazıb: “Avropa İttifaqı Türkiyə ilə strateji əməkdaşlığı davam etdirəcək”. Avropa Komissiyasının sədri həmçinin bildirib ki, Aİ rəhbərliyi “Türkiyəni demokratik, tərəqqi edən və sabit dövlət kimi görmək istəyir”. 
Qeyd edək ki, bu ilin martında Türkiyənin dəniz suları sərhədini pozduğuna görə iki yunan hərbçisi Ədirnə polisi tərəfindən həbs edilmişdi. Bunlar Yunanıstan vətəndaşları leytenant Aqqelos Mitretodis və baş serjant Dimitros Kouklatzisdir. 
Bu günlərdə Ədirnə şəhər məhkəməsində ilkin dinləmələr keçirilib. Həbs olunanların vəkilləri yunan hərbçilərinin sərhəd sularını səhvən keçdiklərini nəzərə alaraq, onların həbsdən azad olunmaları barədə vəsatət qaldırıblar. Vəsatət təmin edilib. 
Yeri gəlmişkən, Ankaranın son vaxtlar Aİ ilə münasibətlərində yaxınlaşmadan fərqli olaraq, ABŞ hökuməti ilə əlaqələrində gərginlik davam edir. Tərəflər bir-birinə qarşı əlavə gömrük rüsumları tətbiq edirlər. Bu hal türk lirəsinin son günlər xeyli dəyərdən düşməsinə səbəb olub. 
Bu arada Türkiyənin ətraf mühitin mühafizəsi və şəhərsalma naziri Murat Kurum bildirib ki, rəhbərlik etdiyi qurum ABŞ-ın tikinti materiallarının istifadəsindən imtina edəcək. Nazirin sözlərinə görə, hazırda Türkiyənin daşınmaz əmlak bazarına ciddi təsir göstərəcək yol xəritəsi üzərində işlər aparılır. Məqsəd xaricdən iqtisadi blokadalara rəğmən, ölkə vətəndaşlarına məqbul qiymətlərlə mənzil və ev almaq imkanlarını yaxşılaşdırmaqdır. 
Məsaim ABDULLAYEV, 
“Xalq qəzeti” 

15 2018 20:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə