Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

№ 539      Bakı şəhəri, 18 dekabr 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmtəə nişanı haqqında şəhadətnamə və coğrafi göstərici haqqında Şəhadətnamə formalarının müəyyən edilməsi barədə” 1999-cu il 5 mart tarixli 36 nömrəli, “Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydasının və coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydasının təsdiq edilməsi haqqında” 1999-cu il 30 avqust tarixli 143 nömrəli, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli, “Patent müvəkkilləri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2000-ci il 15 fevral tarixli 21 nömrəli, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli, “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 11 sentyabr tarixli 166 nömrəli, “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli, “Ədəbiyyat və incəsənət əsərlərinin sifariş əsasında yaradılmasına, onların ilk kütləvi ifa və ya nümayiş hüququnun alınmasına görə müəllif qonorarının, yubiley, dövlət tədbirləri və xüsusi təyinatlı konsert proqramları üçün yaradıcı heyət və ifaçılara ödənilən haqqın minimum miqdarının və verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2006-cı il 16 fevral tarixli 52 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Əmtəə nişanı haqqında şəhadətnamə və coğrafi göstərici haqqında Şəhadətnamə formalarının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 5 mart tarixli 36 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 192; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32) ilə müəyyən edilmiş şəhadətnamə formalarında “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” sözləri ilə, “Dövlət Komitəsinin sədri” sözləri “Agentliyin İdarə Heyətinin sədri” sözləri ilə, “Patent-Lisenziya İdarəsinin rəisi” və “Dövlət reyestri şöbəsinin rəisi” sözləri “aidiyyəti struktur bölmənin rəhbəri” sözləri ilə əvəz edilsin.

2. “Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydasının və coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 30 avqust tarixli 143 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 538; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 752) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərarla təsdiq edilmiş “Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası”üzrə:

2.1.1. 3-cü hissədə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK)” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

2.1.2. 5-ci hissənin altıncı abzasında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə əvəz edilsin;

2.1.3. 8-ci hissədə “(SMPDK)” abreviaturası “Agentlik” sözü ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası” üzrə:

2.2.1. 3-cü hissədə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK)” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

2.2.2. 5-ci hissənin altıncı abzasında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə əvəz edilsin;

2.2.3. 8-ci hissədə “SMPDK” abreviaturası “Agentlik” sözü ilə əvəz edilsin;

2.2.4. Qeyddə “SMPDK-nın” abreviaturası “Agentliyin” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 600; 2004, № 3, maddə 193, № 9, maddə 742; 2006, № 5, maddə 463; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2012, № 9, maddə 924, № 11, maddə 1209; 2014, № 7, maddə 899) ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. “QISALDILAN İFADƏLƏR” bölməsində “SMPDK - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Agentlik - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” sözləri ilə əvəz edilsin;

3.2. 6-cı hissənin ikinci, üçüncü, beşinci və altıncı abzaslarında, 8-ci hissənin dördüncü abzasının birinci cümləsində, 11-ci hissənin ikinci abzasının birinci cümləsində, 13.2-ci bəndin ikinci abzasının ikinci cümləsində, 13.3-cü bəndin dördüncü abzasında, III fəslin adında, 15.1-ci, 15.2-ci, 15.3-cü, 15.6-cı (hər dörd halda) bəndlərdə, 15.7-ci bəndin ikinci cümləsində, 16-cı hissədə, 16.1-ci bəndin ikinci abzasının birinci cümləsində, 16.3-cü (hər iki halda) bənddə, 17.1-ci bəndin ikinci abzasında, 17.2-ci bəndin birinci abzasının ikinci cümləsində, 17.3-cü bəndin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 17.4-cü bəndin birinci (hər iki halda) və altıncı abzaslarında, 17.6-cı bənddə, IV fəslin adında, 22.1-ci bəndin birinci və ikinci cümlələrində, 23.1-ci bənddə, 23.2-ci bəndin “e” abzasında, 23.4-cü, 24.4-cü, 25.2-ci, 30.1-ci bəndlərdə, 30.2-ci bəndin ikinci abzasının ikinci (hər iki halda) cümləsində, üçüncü və dördüncü abzaslarında, 30.3-cü bəndin üçüncü və dördüncü abzaslarında, 31.1-ci bəndin birinci abzasında, 31.2-ci bənddə, 31.3-cü bəndin birinci abzasının birinci cümləsində, 33.1-ci bəndin ikinci abzasında, 34.1-ci bənddə və 35.1-ci bəndin ikinci abzasında ismin müvafiq hallarında “SMPDK” abreviaturası ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

3.3. 36-cı hissə ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 119; 2002, № 3, maddə 148; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2010, № 3, maddə 255; 2014, № 5, maddə 578, № 12, maddə 1661; 2016, № 5, maddə 961; 2017, № 1, maddə 132) ilə təsdiq edilmiş “Patent müvəkkilləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.2-ci bəndin ikinci abzasının birinci cümləsində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra – SMPDK)” sözləri “Əqli Mülkiyyət Agentliyinin” sözləri ilə əvəz edilsin;

4.2. 3.1-ci bəndin dördüncü abzasında “SMPDK-də” abreviaturası “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

4.3. 6.1-ci bəndin birinci abzasının birinci cümləsində “SMPDK-ya” abreviaturası “Agentliyə” sözü ilə əvəz edilsin;

4.4. 6.2-ci bəndin birinci abzasında və onuncu abzasının ikinci cümləsində, 6.5-ci bənddə, 7.3-cü bəndin ikinci cümləsində və 9.3-cü bənddə ismin müvafiq hallarında “SMPDK” abreviaturası ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

4.5. 6.4-cü bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“Şəhadətnamə müddətsiz verilir. Attestasiyadan keçmiş şəxs patent müvəkkili kimi attestasiyadan keçməsi barədə qərarla bağlı bildirişi aldıqdan sonra 1 (bir) ay müddətində patent müvəkkillərinin qeydiyyata alınması, şəhadətnamə verilməsi və qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün müəyyən edilmiş haqqın ödənilməsini təsdiq edən sənədləri Agentliyə təqdim etməlidir. Qeyd olunan müddətdə haqların ödənilməsini təsdiq edən sənədlər Agentliyə təqdim olunmadıqda, attestasiyanın nəticələri ləğv edilmiş hesab edilir. Müəyyən edilmiş haqların ödənilməsini təsdiq edən sənədlər təqdim edildikdən sonra 3 (üç) gün müddətində şəxs patent müvəkkili kimi patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınır və ona şəhadətnamə verilir.”;

4.6. 8.1-ci bəndin birinci abzasında “SMPDK sədrinin əmri ilə” sözləri “Agentliyin qərarı ilə” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 681; 2002, № 3, maddə 148; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2010, № 3, maddə 255; 2014, № 5, maddə 579) aşağıdakı dəyişikliklər edilsin:

5.1. adında və 1-ci hissəsində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Əqli Mülkiyyət Agentliyinin” sözləri ilə əvəz edilsin;

5.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası haqqında Əsasnamə” üzrə:

5.2.1. adında və 1.1-ci bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Əqli Mülkiyyət Agentliyinin” sözləri ilə əvəz edilsin;

5.2.2. 1.3-cü bənddə “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (SMPDK)” sözləri “Əqli Mülkiyyət Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

5.2.3. 3.2-ci və 3.3-cü bəndlərin beşinci abzaslarında, 4.1-ci bəndin birinci abzasında, 4.2-ci bənddə, 5.4-cü bəndin üçüncü abzasının birinci cümləsində və altıncı abzasında, 5.9-cu (hər iki halda) bənddə, 7.1-ci bənddə, 7.5-ci bəndin ikinci abzasnda, 9.1-ci, 9.2-ci bəndlərdə, 10.3-cü bəndin birinci abzasında ismin müvafiq hallarında “SMPDK” abreviaturası ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 682; 2002, № 3, maddə 145; 2003, № 6, maddə 342; 2005, № 8, maddə 782; 2006, № 10, maddə 903; 2008, № 2, maddə 106; 2010, № 3, maddə 264, № 12, maddə 1123; 2014, № 10, maddə 1315; 2016, № 9, maddə 1585; 2017, № 12 (II kitab), maddə 2544) ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 22-ci və 23-cü hissələrinin birinci abzaslarında “Respublika Müəllif Hüquqları Agentliyinə” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 166 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 692; 2002, № 3, maddə 148; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2012, № 9, maddə 923, № 11, maddə 1210; 2014, № 7, maddə 900) ilə təsdiq edilmiş “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. “Qısaldılan ifadələr” bölməsində “SMPDK - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Agentlik - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” sözləri ilə əvəz edilsin;

7.2. II fəslin 1-ci hissəsinin ikinci, üçüncü, beşinci və altıncı abzaslarında, 3-cü hissəsinin dördüncü abzasında, 6-cı hissəsinin ikinci abzasında, III fəslin adında, 1.1-ci, 1.2-ci, 1.3-cü bəndlərində, 2-ci hissəsində, 2.1-ci bəndinin ikinci abzasında, 2.3-cü (hər iki halda) bəndində, 3.2-ci bəndinin birinci abzasının ikinci cümləsində, 3.3-cü bəndinin birinci və üçüncü cümlələrində ismin müvafiq hallarında “SMPDK” abreviaturası ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

7.3. IV fəsil üzrə:

7.3.1. adında, 1.1-ci bəndinin birinci və ikinci cümlələrində, 2.1-ci və 6.1-ci bəndlərində ismin müvafiq hallarında “SMPDK” abreviaturası ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

7.3.2. 7-ci hissənin üçüncü abzasında “SMPDK” abreviaturası “Agentlik” sözü ilə əvəz edilsin;

7.3.3. 8-ci hissə ləğv edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869; 2007, № 1, maddə 45, № 3, maddə 312, № 10, maddə 1021; 2008, № 2, maddə 116; 2009, № 6, maddə 491, № 10, maddə 846, № 12, maddə 1061; 2010, № 3, maddə 264, № 4, maddə 359, № 7, maddə 702, № 12, maddə 1122; 2014, № 3, maddə 321, № 10, maddə 1322; 2015, № 4, maddə 474; 2016, № 2 (II kitab), maddə 366, № 3, maddə 610, № 5, maddə 951, № 8, maddə 1431, № 9, maddə 1555, № 11, maddə 1955; 2017, № 1, maddə 131, № 3, maddə 510, № 8, maddə 1617, № 12 (II kitab), maddə 2504; 2018, № 6, maddə 1377, № 7 (II kitab), maddə 1630, № 8, maddə 1809; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 478 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na aşağıdakı məzmunda 49-cu hissə əlavə edilsin:

 

49.

Dövlət ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə, uyğunluğu qiymətləndirən qurumların akkredita-siyasına, Azərbaycan Respublikasının “Patent haqqında” və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunlarında nəzərdə tutulan xidmətlər (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)

 

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2006, № 2, maddə 200) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Dram, musiqi, musiqili-dram və ədəbi əsərlərin sifariş əsasında yaradılmasına və ya nəşr olunmamış bu tipli əsərlərin ilk kütləvi ifa hüququnun alınmasına görə müəllif qonorarının verilməsi Qaydaları”nın 10-cu hissəsinin birinci abzasında və 11-ci hissəsinin ikinci abzasında “Müəllif Hüquqları Agentliyi” sözləri “Əqli Mülkiyyət Agentliyi” sözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə