Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Elmi Kitabxana Türkiyənin İldırım Bəyazid Universiteti kitabxanası ilə memorandum imzalayıb

Mərkəzi Elmi Kitabxana Türkiyənin İldırım Bəyazid Universiteti kitabxanası ilə memorandum imzalayıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Türkiyənin Ankara şəhərində yerləşən İldırım Bəyazid Universiteti kitabxanası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi MEK-in direktoru Leyla İmanova və Ankara İldırım Bəyazid Universiteti Kitabxanasının direktoru Mahmut Kocaman imzalayıblar. Bu barədə AMEA Mərkəzi Elmi Kitabxana  beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Kitabxanaların elmi və mədəni irsinin toplanılıb qorunması sahəsindəki rolunun, ölkələr arasında siyasi, diplomatik və mədəni əlaqələrin inkişafında elmi-mədəni irsin mübadiləsi zəruriliyinin vurğulandığı memorandumda göstərilən istiqamətlərin birgə inkişaf etdirilməsi nəzərdə tutulub. Memorandumda kitabxana prosеslərinin avtomatlaşdırılması, elеktron kataloqların mübadiləsi, elеktron кitabxanalardan qarşılıqlı istifadə, kitab nəşri, elmi tədqiqatlar, informasiya mənbələrinin (nadir kitablar daxil olmaqla) mühafizəsi, arxivlərin və kitab fondlarının zənginləşdirilməsi məqsədilə bеynəlxalq кitab mübadiləsi, kitab sərgilərinin təşкili, virtual sərgilərin təşkili (elm və mədəniyyət mövzularında), kitabxana işi sahəsində mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi, təlim, müzakirə, seminar və konfransların keçirilməsi öz əksini tapır. Bundan başqa, sənəddə Azərbaycan, türk, ingilis dilli tərcüməçilər şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi, vahid kataloqlaşdırma və vahid biblioqrafik təsvir qaydalarının müzakirəsi və birgə addımların atılması, vahid elmi e-kitabxana platformasının yaradılması və kitabxanaların inteqrasiyası, sağlamlıq məhdudiyyəti olan şəxslərin kitabxana xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi kimi mühüm məsələlər də yer alır.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

20 Dekabr 2018 16:52 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə