Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Arif Məlikovun 85 illik yubileyi münasibətilə tədbir

Arif Məlikovun 85 illik yubileyi münasibətilə tədbir

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində böyük bəstəkarımız, SSRİ xalq artisti, akademik Arif Məlikovun 85 illik yubileyi münasibətilə konsert keçirilmişdir.

Konsertin aparıcısı musiqişünas Leyla Həsənova böyük bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Daha sonra isə bəstəkarın fortepiano əsərlərindən, balet musiqisindən, eləcə də kino musiqisindən nömrələr məktəbin şagirdləri və müəllimləri tərəfindən səsləndirilmişdir. Böyuk bəstəkar  A.Məlikovun həmçinin istedadlı rəssam olmağını nəzərə alaraq məktəbin rəsm şöbəsinin şagirdlərinin müxtəlif rəsm əsərləri səhnədə nümayiş olunmuşdur. Bununla yanaşı, ekranda  A.Məlikovun həyat və yaradıcılığını əks etdirən foto-slayd, rəngarəng  zəngin əsərlərindən fraqmentlər, həmçinin bəstəkar haqqında digər görkəmli şəxslərin danışıqları təqdim olunmuşdur.

Tədbirdə qonaq qismində iştirak edən A.Məlikovun tələbələrindən Ceyhun Allahverdiyev və Gülnarə Məmmədova öz təəssüratlarını bölüşdülər. Ceyhun Allahverdiyev çıxış edərək müəllimi haqqında xatirələrini söyləmiş, bu musiqi ocağının gələcək işlərinə uğurlar arzulamışdır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 Dekabr 2018 15:14 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə