Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkə gəncləri Aqrar Məşğulluğun Artırılması Layihəsi ilə tanış olurlar

Ölkə gəncləri Aqrar Məşğulluğun Artırılması Layihəsi ilə tanış olurlar

Kənd Təsərrüfatı Nazirliyi kənd yerlərində yaşayan gəncləri Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) ilə tanış etmək məqsədilə məlumatlandırma kampaniyasına başlayıb. İsmayillı, Oğuz və Qəbələ rayonlarının gənclərinə bu layihə barədə informasiya vermək üçün Şamaxı rayonunda görüş keçirilib. Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Namiq Məmmədov, AMAL-ın layihə koordinatoru Səbinə Mikayılova və Aqrar İnkişaf Könüllüləri ictimai hərəkatının rəhbəri Sarvan Cəbrayılzadə görüşdə iştirak ediblər.

Nazirliyin məlumatına görə, gənclərin layihədən gözləntiləri, onları maraqlandıran sahələr öyrənilib, kənd təsərrüfatı biznesinə başladıqda lazım olacaq biliklər barədə ilkin məlumat verilib.

Qeyd edək ki, AMAL Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə başladığı yeni layihədir. Layihə ölkədə gənclərin aqrar sahəyə marağının yüksəldilməsini, yeni və innovativ ideyaların dəstəklənməsini, kənd yerlərində yaşayan gənclərin məşğulluğunun və kənd təsərrüfatı ilə məşğul olan gənc fermerlərin aqrar sahədə biliklərinin artırılmasını nəzərdə tutur.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

20 Dekabr 2018 14:08 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə