Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təşkilata yeni üzvlər seçilib

Təşkilata yeni üzvlər seçilib

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının vitse-prezidenti Könül Məmmədzadə Facebook səhifəsində yeni məlumat paylaşıb. Məlumatda bildirilir ki, təşkilatın mətbuat katibi Samir Şirvanzadənin verdiyi xəbərə görə təşkilatın növbəti iclası keçirilib. İclasın keçirilməsində məqsəd BDAT-a yeni üzvlərin seçilib təsdiq olunması ilə əlaqədar olmuşdur.

Namizədlərin təyinatı təşkilatın rəhbərlik və nümayəndəliklərinin səsverməsi yolu ilə həyata keçirilmişdir. Səsvermədən sonra yeni seçilmiş Fərid Əzizov və Arifə Muxtarovanın üzvlüyü təsdiq olunmuşdur.
Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının yeni təyinatlarından biri--Fərid Əzizov 7 Respublika, 3 Avropa, 4 Dünya çempionatlarının qalibidir. Avstriya Respublikasının Salzburg şəhərində yaşayır və “Avstriya Azərbaycanlıları Cəmiyyəti”nin sədridir.
Arifə Muxtarova 10 ilə yaxındır ki, Krımda diaspora fəaliyyəti göstərir. "Krım qadınları" cəmiyyətində xalqlararası münasibətlər üzrə sədr müavini, Simferopol şəhər rayonları üzrə rəhbərdir. “İctimai Şura"da (“Obshestvenniy sovet") Azərbaycan şöbəsinin rəhbəridir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 Dekabr 2018 12:51 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə