Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Su həyatdır

Su həyatdır

Milli Məclisin deputatı Qənirə Paşayeva Facebook səhifəsində deputat seçildiyi Tovuz rayonunun bəzi kəndlərinə yeni içməli su xəttinin çəkilməsi ilə bağlı seçicilərin sevinclərinə şərik çıxdığını bildirib. O yazır:

“Sabah Tovuzumuzun 5 kəndində yeni içməli su xəttinin açılışı olacaq. Bu gözəl hadisə münasibətilə seçicilərimi təbrik, cənab Prezidentimizə isə təşəkkür edirəm. Çox sevindirici hadisə münasibətilə əziz seçicilərimi-- dəyərli Xatınlı, Qaraxanlı, Əlimərdanlı, Qədirli və Çilodvarlı kənd sakinlərini təbrik edirəm. 5 kəndin sakinlərinin içməli su ilə bağlı yaşadıqları böyük problemləri kəndlərimizi ziyarət zamanı yerində görüb narahat olurduq və onların müraciətlərini bir neçə dəfə Milli Məclisdə qaldırmış, "Azərsu" ASC-nin rəhbərliyinə müraciətlər edərək problemin həllinə yardımçı olmağa çağırıb, xahiş və təkliflərlə çıxış etmişdim.

Cənab Prezidentimizə xüsusi təşəkkürlərimi bildirirəm ki, onun imzaladığı “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 09 aprel 2018-ci il tarixli sərəncamına uyğun olaraq bu 5 kəndimizin də içməli su ilə bağlı yaşadıqları problemin həlli üçün vəsait ayrılması nəzərdə tutulmuşdu və qısa zamanda işlər başa çatdı. İlk öncə cənab Prezidentimizə kəndlərimizin içməli su ilə təminatının yaxşılaşdırılmasına göstərdiyi dəstəyə görə öz adımdan və seçicilərim adından, bütün Tovuz ictimaiyyəti adından təşəkkür edirəm. Eyni zamanda işləri həyata keçirən "Azərsu" ASC-nin rəhbərliyinə, əməyi keçən hər kəsə, rayon icra hakimiyyətinə də təşəkkür edirik. Sabah açılış mərasimində MM-in Səhiyyə komitəsinin iclası və vacib müzakirələr səbəbi ilə iştirak edə bilməsəm də, bütün sakinlərimizi bir daha təbrik edirəm. İnşallah yaxın günlərdə bu kəndlərimizi ziyarət edəcəm və onlarla görüşəcəyik”.

Su həyatdır, yaşayış, dirçəliş üçün vacib vasitədir. Kəndlərə yeni su xəttinin çəkilməsi ilə nə qədər sakinin məişət problemi həll ediləcək. Biz də bu münasibətlə tovuzluları təbrik edirik.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 Dekabr 2018 12:47 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə