Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parisdə Azərbaycan operasının 110 illiyi qeyd olunub

Parisdə Azərbaycan operasının 110 illiyi qeyd olunub

Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə Parisin mərkəzində yerləşən tarixi San-Jermən-Lokserua kilsəsində Azərbaycan operasının yaradılmasının 110 illiyinə həsr edilmiş konsert təşkil edilib.

Diasporla Iş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransada Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, Parisin 1-ci rayon merinin müavini Karla Ariqoni, fransalı jurnalistlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qonaqlara müsəlman Şərqində ilk Azərbaycan operasının yaranması tarixi, 100 il əvvəl müsəlman Şərqində Azərbaycan Demokratik Cumhuriyyəti tərəfindən əsası qoyulmuş ilk parlament və bu parlament tərəfindən Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsi haqqında ətraflı məlumat verərək belə bir mühüm tarixin qeyd ediməsini alqışladığını bildirib.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel assosiyasiyanın həyata keçirdiyi layihərin Azərbaycan mədəniyyətinin təbliğində rolundan söz acdı. O, müsəlman Şərqində ilk operanın beşiyi olan Azərbaycanın bu gün də regionda həm inkişaf baxımından, həm də proqressiv ideyalar baxımından öz öncüllüyünü saxladığını vurğulayıb.

Konsertdə Səidə Zülfüqarovanın (piano), Regina Rustamovanın, Timur Abdikiyev və İrina Kopilovanın ifasında Azərbaycanın opera nümunələri maraqla qarşılanıb. Konsert zamanı unudulmaz bəstəkarlarımız Üzeyir Hacıbəyovun “Arşın man alan” filmindən Gülçöhrənin ariyası, Niyazinin Arzu melodiyası, Fikrət Əmirovun Sevil operasından Sevilin Ariyası və digər musiqiləri nümunələri səsləndirilib.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

20 Dekabr 2018 12:04 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə