Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda Almaniya-Azərbaycan biznes forumu keçiriləcək

Bakıda Almaniya-Azərbaycan biznes forumu keçiriləcək

Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azərbaycan”) oktyabrın 9-da Bakıda “Azərbaycanda enerji və İKT” mövzusuna həsr olunan Almaniya-Azərbaycan biznes forumunu təşkil edəcək.

“AHK Azərbaycan”dan bildiriblər ki, Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə keçiriləcək tədbirin əsas məqsədi alman şirkətləri və onların azərbaycanlı tərəfdaşlarının layihə və təkliflərini təqdim etmək, eləcə də işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyənləşdirməkdir.

Forumun əsas mövzusunu enerji və İKT sektorlarında islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edir.

Forumun açılış mərasimində Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

15 2018 17:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə