Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfqanıstanda “Taliban”nın hücumu nəticəsində 45 hərbçi həlak olub

“Tolo News” telekanalının yaydığı xəbərə görə, Əfqanıstanın şimal-şərqində yerləşən Baqlan vilayətində “Taliban” hərəkatının hərbi bazaya hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 45 əməkdaşı həlak olub.

Bildirilir ki, həlak olanların 35-i hərbçi, 10-u isə yerli polis əməkdaşı olub.

Bu ərəfədə “Şahin” düşərgəsinin nümayəndəsi Məhəmməd Hənif Rezai taliblərin ölkənin şimal-qərbində yerləşən Fəryab əyalətindəki hərbi bazalardan birini ələ keçirdiyini bildirib. Bu bölgədə gedən döyüşlər nəticəsində Əfqanıstan ordusunun 17 əsgəri həlak olub, 12-si isə yaralanıb. Yerli şuranın rəhbəri Sıbhatullah Silab Müavinin sözlərinə görə, hücum vaxtı hərbi hissədə olan onlarla əsgərin taleyindən isə heç bir xəbər yoxdur.

 

Elçin ABBASOV,
"Xalq qəzeti”

 

15 2018 15:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə