Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Donald Tramp “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan qanunu təsdiqləyib

Donald Tramp “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan qanunu təsdiqləyib

NTV-nin məlumatına görə, Birləşmiş Ştatlar Prezidenti Donald Tramp beşinci nəsil “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan 2019-cu il üçün müdafiə büdcəsi qanununu təsdiqləyib.

Sənədə əsasən, Türkiyənin “F-35” proqramından tamamilə çıxarılıb-çıxarılmayacağına dair hazırlanacaq hesabata qədər qırıcı təyyarələrin bu ölkəyə təhvil verilməsi dayandırılır.

Qeyd edək ki, rəsmi Pentaqon 90 gün ərzində iki ölkə arasındakı əlaqələrə dair hesabat hazırlamalıdır.

Qeyd edək ki, Türkiyə ABŞ-dan ən azı 100 ədəd “F-35” təyyarəsi almaq istəyir. Artıq onun 30-nu sifariş verib. Nüvə başlıqları daşıya bilən çoxməqsədli “F-35” hərbi təyyarələri “stealth” texnologiyasından istifadə edilməklə hazırlanıb. Onun hazırlanmasında ABŞ-la yanaşı 8 ölkə - Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Niderland, Norveç və Türkiyə də iştirak edib.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

15 2018 15:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə