Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan şahmatçıları Birləşmiş Ərəb Əmirliklərində

Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan şahmatçılarının da iştirak etdikləri “Şərc kuboku” turniri başa çatmaq üzrədir. Doqquz turdan ibarət yarışın yeddi turundan sonra Xəyalə Abdulla 5,5 xal toplamışdır. Həmyerlimiz ikinci yerdə olan Polşa şahmatçısından yarım xal geri qalır.
Xəyalə yeddinci turda hindistanlı rəqibinə qalib gəlmişdir. Azərbaycanın digər təmsilçisi Nərmin Söyünlünün 4,5 xalı var.
Turnir cədvəlinə isə 6,5 xalla Rumıniya şahmatçısı İrina Bulmaqa başçılıq edir.
Dünən axşam turnirdə səkkizincı turun görüşləri keçirilmişdir.

O. BAYRAMOV, “Xalq qəzeti”

 

19 Dekabr 2018 23:09 - İDMAN
İDMAN
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə