Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiyada son beş ayda 144 nəfər istilərdən həlak olub

Yaponiyada son beş ayda 144 nəfər istilərdən həlak olub

Yaponiyada isti hava səbəbindən aprel ayının 30-dan bu günədək 144 nəfər həlak olub, 70 mindən çox insan xəstəxanalara yerləşdirilib. Bu barədə “Reuters” agentliyi NHK-ya istinadən məlumat yayıb.

Bildirilir ki, avqustun 6-dan 13-dək 6 nəfər günvurma səbəbindən ölüb, 7079 nəfər isə həmin diaqnozla xəstəxanalara yerləşdirilib. Günvurma nəticəsində sakinlərin xəsarət almasının səbəbi kimi bütün ölkə ərazisində davam edən kəskin istilər göstərilir. Ölkənin müxtəlif rayonlarında termometrlərin civə sütununun müsbət 40 dərəcədən yuxarı qalxması barədə demək olar ki, hər gün xəbərlər daxil olur.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

15 2018 15:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə