Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məcburi köçkünlərin növbəti qəbulu

Məcburi köçkünlərin növbəti qəbulu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, sosial problemlərinin həllini dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyənləşdirib. Ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi barədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığının icrası davam etdirilir. Artıq inşası başa çatdırılmış bir neçə yaşayış kompleksi tezliklə istifadəyə veriləcək. 

Dekabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti qəbula gələn vətəndaşlara  bu barədə ətraflı məlumat verilib.  

Qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri və digər səlahiyyətli şəxslər iştirak ediblər.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib, onların müraciətləri dinlənilib. Müraciətlərin əksəriyyəti mənzil, məşğulluq, kommunal xidmətlər, vahid aylıq müavinətin təyin edilməsi və digər məsələlərlə bağlı olub.

Vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun  həll edilməsi ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

 

“Xalq qəzeti”

19 Dekabr 2018 17:12 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə