Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni Zelandiyada müəllimlər tətil edir

Yeni Zelandiyada müəllimlər tətil edir

Yeni Zelandiyada müəllimlərin ümummilli tətili 400 min şagirdin məşğələsinin ləğv olunması ilə nəticələnib. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Mənbə bildirir ki, tətildə 29 min müəllim iştirak edir. Onların hamısı “New Zealand Educational Institute” həmkarlar ittifaqının üzvüdür. Etiraz aksiyaları ölkənin bütün iri şəhərlərində və regional mərkəzlərdə keçirilir. Etirazçılar növbəti iki il ərzində əmək haqqının 16 faiz artırılmasını və siniflərdə şagirdlərin sayının azaldılmasını tələb edirlər.

Bu, son 24 ildə Yeni Zelandiyada müəllimlərin ilk tətilidir. Ölkənin paytaxtı Vellinqtonda etirazçılar tələblərinin yerinə yetirməyəcəyi təqdirdə iki günlük tətilə hazır olduqlarını bildiriblər.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

15 2018 15:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə