Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aşıq yaradıcılığının bugünkü vəziyyəti və gələcək perspektivləri

Aşıq yaradıcılığının bugünkü vəziyyəti və gələcək perspektivləri

AMEA-nın Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin (BMM) birgə təşkilatçılığı ilə "Aşıq yaradıcılığının bugünkü vəziyyəti və gələcək perspektivləri" mövzusunda "dəyirmi masa" keçirilib. BMM-də baş tutan tədbirdə Azərbaycan aşıq sənətinin tarixinə nəzər salınıb, bugünkü qayğıları və gələcək inkişaf yolları təhlil predmetinə çevrilib.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov iclasda çıxış edərək cari ildə BMM-lə birgə “Dastan gecələri” layihəsini həyata keçirdiklərini bildirib. Qeyd edib ki, layihənin əsas məqsədi aşıq sənətinin bel sütunu olan dastançılıq ənənəsini qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaqdır. Akademik bu gün ölkəmizdə 400, Azərbaycandan kənarda isə 1300-ə yaxın aşığın fəaliyyət göstərdiyini söyləyib. Bildirib ki, müasir texnikanın imkanlarından istifadə etməklə aşıq sənətinin xüsusiyyətlərini dünya xalqlarına çatdırmaq mümkündür.

www.science.gov.az saytı yazır ki, tədbirdə çıxış edən Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı aşıqlığın universallıq keyfiyyətinə toxunub, xalq  ruhundan gələn bu cəhətlərin ardıcıl qorunmasının zəruriliyini bildirib.

"Dəyirmi masa"da, o cümlədən filologiya üzrə elmlər doktoru Seyfəddin Qəniyev, professor Kamilə Dadaşzadə, filologiya üzrə fəlsəfə doktorları - Elxan Məmmədli, Nemət Qasımlı, Gülhüseyn Kazımlı, Altay Məmmədli, sən.ü.e.d. İradə Köçərli, sən.ü.f.d. Hafiz Kərimov, tanınmış aşıqlar Cahangir Quliyev, Ağamurad İsrafilov və digərləri çıxış edərək aşıq sənətinin müasir problemlərindən, KİV-də təbliğatından danışıblar.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

19 Dekabr 2018 16:45 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə