Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Respublika çempionatının zona yarışları davam edir

Respublika çempionatının zona yarışları davam edir

Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq qızlardan ibarət məktəb komandaları arasında voleybol idman növü üzrə növbəti zona yarışı keçirilib. Cəlilabad Olimpiya İdman Kompleksində keçirilən oyunlarda Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala rayonlarının məktəb komandaları mübarizə aparıb. I yeri Masallı rayonu Hişkədərə kənd tam orta məktəbin, II yeri Lənkəran rayonu Şağlaser kənd tam orta məktəbin, III yeri Astara rayonu Kijabə qəsəbə tam orta məktəbin komandaları tutublar.

Daha bir zona yarışı basketbol idman növü üzrə Qusar Olimpiya İdman Kompleksində keçirilib. Yarışlarda Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Siyəzən, Qobustan, Sumqayıt, Abşeron rayonlarının məktəb komandaları mübarizə aparıb. I yeri Xaçmaz rayonu 6 nömrəli tam orta məktəbin, II yeri Qusar rayonu 6 nömrəli tam orta məktəbin, III yeri Xizi rayonu Giləzi kənd tam orta məktəbin komandaları tutub.

edu.gov.az/az/page/9 yazır ki, cempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıblar.

2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizə aparacaq. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışların qalib məktəb komandaları məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanırlar.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

19 Dekabr 2018 16:39 - İDMAN
İDMAN
16 Sentyabr 2019 | 23:05
La Liqa tarixində ilk
15 Sentyabr 2019 | 10:58
Klopp birincidir
14 Sentyabr 2019 | 11:39
Cari mövsümdə ilk mükafat
14 Sentyabr 2019 | 00:40
“Barselona” mənim evimdir”

Köhnə versiyamızdan xəbərləri izlə