Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt şəhərində əmək yarmarkası keçirilib

Sumqayıt şəhərində əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Sumqayıt şəhərində işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkası keçirilib.

Yarmarkada 30 müəssisə üzrə 231 vakant iş yeri təqdim edilib. Müəssisələrdən 10-u dövlət, 20-i qeyri-dövlət müəsissəsidir. İşaxtaran və işsiz vətəndaşlara seçimləri üzrə və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə  göndərişlər verilib.

Peşə və ixtisası olmadığından özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə bacarığına uyğun iş olmadığı üçün peşəsini dəyişmək istəyən vətəndaşlar peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaq, ayrı-ayrı şəxslər isə özünüməşğulluq proqramına cəlb olunmaq üçün qeydiyyata alınıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Dekabr 2018 14:24 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə