Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabirabadda epizootik tədbirlər yerinə yetirilib

Sabirabadda epizootik tədbirlər yerinə yetirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Sabirabad Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mövcud epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar 120 min baş iribuynuzlu heyvan, 220 min baş xırdabuynuzlu heyvan,1.5 milyon baş quş və digər heyvanlar yetişdirilən, saxlanılan binaların, eləcə də rayonda mövcud olan həftəlik diri heyvan satışı bazarının dezinfeksiyası, dezinseksiyası davam etdirilir.

Qışlamaya hazırlıq ilə əlaqədar rayonun heyvandarlıq təsərrüfatlarında baytarlıq baxışı keçirilərək mütəmadi fermerlər arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri aparılır.  Eləcə də baytarlıq idarəsində vətəndaşların şikayət, ərizə və təklifləri barədə ayrıca kitab tərtib edilib, gündəlik qəbul edilən məlumatlar aidiyyətı üzrə baytarlıq idarəsinin mütəxəssisləri və sahə baytarlıq məntəqə həkimləri tərəfindən yerindəcə araşdırılaraq zəruri tədbirlər görülür.

“Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib.

Sabirabad  Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən mövcud dövr ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 26017 baş iribuynuzlu və 4793 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib.

Hazırda Sabirabad Rayon Baytarlıq İdarəsində 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib. Nazirliyin Təchizat İdarəsi tərəfindən avtorefrijatorlarla gətirilən baytarlıq preparatları soyuducu kameralara yerləşdirilərək “soyuq zəncir” rejiminə riayət edilir. Eləcə də idarə lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə  aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika  ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Dekabr 2018 14:15 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə