Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı: Azərbaycan doğru inkişaf yolundadır

Avropa İttifaqı: Azərbaycan doğru inkişaf yolundadır

Azərbaycan doğru inkişaf yolundadır.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən İnsan kapitalı üzrə Forumda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Yankauskas vurğulayıb ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi üzərində daim işləyir və müasir cəmiyyət yaratmaq istəyir.

Bu baxımdan ölkənin ticarət tərəfdaşı və iri investoru olan Aİ-nin rolu böyükdür. Məşğulluq sahəsində Azərbaycanın qarşısında böyük çağırışların dayandığını bildirən K.Yankauskas vurğulayıb ki, Avropa İttifaqı 28 üzv ölkənin ən yaxşı praktika və təcrübəsini təklif edə bilər.

Nümayəndəliyin rəhbərinin sözlərinə görə, Azərbaycanda reallaşdırılan layihələr arasında Aİ ən çox təhsil sahəsinə vəsait xərcləyir.

19 Dekabr 2018 14:06 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə