Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TURKSOY Daimi Şurasının növbəti iclası Kastamonu şəhərində keçirilir

TURKSOY Daimi Şurasının növbəti iclası Kastamonu şəhərində keçirilir

Türkiyənin Kastamonu şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclası işə başlayıb.

İclasda Azərbaycanı Mədəniyyət Nazirliyinin məsul əməkdaşı Günay Əliyeva və ölkəmizin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı təmsil edirlər.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi ilə keçirilən iclasında TÜRKSOY-a üzv ölkələrin rəsmi nümayəndə heyətləri, o cümlədən türkdilli dövlətlərin ortaq təşkilatlarının rəhbərləri iştirak edirlər.

İclasdan sonra, TÜRKSOY-un ortaq təşkilatçılığı ilə bir sıra tədbirlər, o cümlədən “Kastamonu 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı”nın bağlanış mərasimi keçiriləcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 Dekabr 2018 12:34 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə