Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ruhulla Həsənzadənin “Ruh” sərgisi

Ruhulla Həsənzadənin “Ruh” sərgisi

İçərişəhərdə yerləşən Müasir İncəsənət Mərkəzində gənc rəssam Ruhulla Həsənzadənin "Ruh" adlı fərdi sərgisi açılıb. Olaylar.az bildirir ki, sərgidə rəssamın 30-a yaxın əsəri nümayiş olunub.

Sərgidə Xalq rəssamı Arif Əziz, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və başqaları çıxış edərək rəssamın özünəməxsus, orijinal sənət dünyasından söz açıblar.

Rəngkarlıq sahəsində bir çox əsərin müəllifi olan Ruhulla Həsənzadə Münxendə yerləşən Avropa Təbii Elmlər Akademiyasının üzvüdür. Hazırda həm də kitab illüstrasiyası ilə məşğuldur. Sərgidə rəssamın bu günədək müxtəlif yerli və xarici sərgilərdə nümayiş olunmuş işləri ilə yanaşı, həm də yeni əsərləri yer alıb.

Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Ruhulla Həsənzadə bu sərginin onun üçün əlamətdar bir günə təsadüf etdiyini söyləyib. Bildirib ki, bu gün atası heykəltəraş-rəssam İbrahim Həsənzadənin 65 yaşı tamam olur. Bu səbəbdən də o, bu sərgini iki yaradıcı insanın - ata ilə oğulun birgə sərgisi kimi dəyərləndirib.Sonra qonaqlar sərgi ilə tanış olublar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 Dekabr 2018 12:28 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə