Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert: Xəzərin statusu barədə Konvensiya TAP vasitəsilə qaz ixracının artımına xidmət edəcək

Ekspert: Xəzərin statusu barədə Konvensiya TAP vasitəsilə qaz ixracının artımına xidmət edəcək

Xəzəryanı dövlət başçılarının 5-ci sammiti çərçivəsində imzalanmış Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya Transadriatik qaz kəməri (TAP) vasitəsilə qaz ixracının artması üçün daha bir addımdır.

Bunu Trend-ə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Enerji Siyasəti və Diplomatiya Beynəlxalq İnstitutunun direktor müavini, iqtisad elmləri namizədi İqbal Quliyev deyib.

Onun sözlərinə görə, Aktauda həmçinin nəqliyyat, ticarət-iqtisadi sahədə əməkdaşlıq və dənizdə insidentlərin qarşısının alınması ilə bağlı daha altı saziş imzalanıb:

“Xəzər regionu məsələləri üzrə əməkdaşlıq sahəsində irəliləyişlər fonunda Türkmənistan Xəzər dənizinin dibi ilə Transxəzər qaz kəmərinin tikintisinə və daha sonra TANAP layihəsinə qoşulmasına ümid edir”.

Ekspert hesab edir ki, “Cənub Qaz Dəhlizi” layihəsinə yeni tədarükçülərin qoşulması və buraxılış gücünün artırılması üzrə planlar gündəlikdə qalır:

““Cənub Qaz Dəhlizi” boru kəmərləri sisteminin istifadə olunması ilə potensial təbii qaz tədarükçüləri Xəzər regionu ölkələri hesab olunur. Yaxın zamanlarda müxtəlif ölkələrin TAP layihəsinə də marağı artacaq”.

 

15 2018 15:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə