Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:82) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 108
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq  edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il  29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan  Respublikası Prezidentinin 2016-cı il  15 fevral tarixli  795 nömrəli Fərmanında və Azərbaycan Respublikası Prezidentinin  2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş  “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1017-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1613, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddə 1243, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddə 1697, № 9, maddə 1840; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 noyabr tarixli 331 nömrəli, 15 noyabr tarixli 343 nömrəli və 23 noyabr tarixli 360 nömrəli fərmanları) 5.1-ci bəndinə “323,” rəqəmlərindən sonra “326-1,” rəqəmləri əlavə edilsin və həmin bənddən “342.1.10,” rəqəmləri çıxarılsın. 
2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 noyabr tarixli 329 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.1-ci, 2.2-ci və 2.4-cü bəndlərinə “323,” rəqəmlərindən sonra “326-1,” rəqəmləri əlavə edilsin və həmin bəndlərdən “342.1.10,” rəqəmləri çıxarılsın.
3. Bu Fərmanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1-ci maddəsi ilə bağlı müddəaları 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2018-ci il

19 Dekabr 2018 00:30 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə