Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz: asfaltlanmayan küçə, təmir olunmayan bina qalmayacaq...

Tovuz: asfaltlanmayan küçə, təmir olunmayan bina qalmayacaq...

Regionların inkişafına dövlət qayğısının təzahürü olaraq Tovuzda abadlıq və quruculuq işləri davam etdirilir.Tovuz şəhərinin H.Əliyev prospektində müasir tələblər səviyyəsində səkilər salınmasına başlanmışdır.

Şəhər sakinlərinin arzu və təklifləri nəzərə alınaraq Tovuz stadionunun ətrafındakı yaşıllığın istirahət zonasına çevirilməsi işlərinə də start verilmişdir. Əsasən gənclərin asudə vaxtlarının səmərəli keçirmələrinə,  istirahətlərinin səmərəli təşkilinə xidmət edəcək yeni yaradılan həmin parkda şəhərin arxitekturasına uyğun müasir dizayn əsasında planlaşdırma və abadlıq işləri davam etdirilir.

Şəhərin E.Quliyev küçəsi əhalinin gediş-gəlişinin gur olduğu və hərəkətin intensiv olduğu məkanlardandır.İctimai rəy və günün tələbi nəzərə alınaraq həmin küçənin asfaltlanmasına başlanmışdır və bu iş davam etdirilir. Tovuz şəhərinin İ.Qasımov və F.Ələkbərov  küçələrinə isə asfalt salınması işi başa çatmışdır.

 

Hamlet Qasımov,
Xalq qəzeti”nin bölgə müxbiri

 

15 2018 15:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə