Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zərərvericilərə qarşı mübarizə aparılır

Zərərvericilərə qarşı mübarizə aparılır

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Hacıqabul rayonunun Qarasu kəndində fermer  Əlifağa Nuriyevin pambıq sahəsində pambıq zərərvericilərinə qarşı aparılan mübarizəyə dair monitorinq keçirib.

Monitorinq zamanı pestisidlər və mineral gübrələrin tədarükü, saxlanması və satışının tənzimlənməsi şöbəsinin müdir müavini Vüsal Tağıyev pambıq becərilməsi zamanı bol məhsul əldə etmək üçün müxtəlif mərhələlərdə zərərvericilərə qarşı mübarizə, bu prosesdə pestisidlərin əhəmiyyəti, onlardan düzgün, aqrotexniki qaydada istifadə barədə tövsiyələr verib.

Vüsal Tağıyev fermerləri həmçinin təsiredici maddəsi “Metomil” olan Terra insektisidinin xüsusiyyətləri ilə tanış edib. Tor gənəsi, mənənə və trips zərərvericilərinə qarşı “Aqrolizinq” ASC tərəfindən Abam, Garant  insekto-akarasidlərindən istifadə olunduğunu, onların fermerlərə 70 faiz güzəştlə təklif edildiyini bildirib. Qeyd olunan preparatlar respublikanın pambıq əkilən bütün rayonlarında tətbiq edilir və aqrotexniki qaydalara tam əməl olunduğu halda zərərvericilərə qarşı mübarizədə yüksək nəticə əldə edilir.

Fermerlər “Aqrolizinq” ASC-nin təqdim etdiyi bütün xidmətlərdən yararlandıqlarını və bu il məhsuldarlığın bol olacağını bildiriblər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 

                                    

 

15 2018 14:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə