Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın Gəncə Bölməsinin ekoloji problemlərin həllində rolu

AMEA-nın Gəncə Bölməsinin ekoloji problemlərin həllində rolu

Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetinin növbəti sayında AMEA-nın Gəncə Bölməsinin ekoloji problemlərin həllində fəal iştirakına dair geniş məqalə dərc edilib.

www.poisknews.ru saytı yazır ki, məqalədə  təbii sərvətlərlə zəngin olan Gəncə bölgəsində neft və qazdan əlavə, kobalt, qızıl, mis, dəmir, bentonit, gips, mərmər və s. çıxarıldığı vurğulanır. Lakin sözügedən minerallar işlənməzdən əvvəl təmizlənmə prosesindən keçirilir və bu da böyük miqdarda tullantıların əmələ gəlməsinə yol açır. Bu tullantıların təkrar istifadəsinin həyata keçirilməsi ilə AMEA-nın Gəncə Bölməsi məşğul olur.

Bölmənin rəhbəri, akademik Fuad Əliyev “Poisk” qəzetinə bildirib ki, bəzi bentonit tullantıları yol səthinin və ya tikinti materiallarının keyfiyyətinin yaxşılaşdırılması üçün istifadə oluna bilər.    

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

15 2018 14:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə