Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafa:rayon rəhbəri “Saloğlu”da ölkə Prezidentinin təməlini qoyduğu yeni fabrikin tikintisində işlərin gedişi ilə tanış olub

Ağstafa:rayon rəhbəri “Saloğlu”da ölkə Prezidentinin təməlini qoyduğu yeni fabrikin tikintisində işlərin gedişi ilə tanış olub

Bu müəssisənin adı və məhsulları artıq nəinki Ağstafanın, o cümlədən Azərbaycanın hüdudlarından çox-çox uzaqlara gedib çıxır. Söhbət “Saloğlu” mebel fabrikindən gedir. 2016-cı ilin oktyabrında ölkə Prezidenti İlham Əliyev Ağstafaya növbəti səfəri çərçivəsində “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış “Modern” mebel fabrikinin açılışında iştirak edib. Dövlətimizin başçısı “Saloğlu” mebel fabrikinin məhsullarına baxıb, müəssisənin yeni layihələri ilə tanış olduqdan sonra “Modern” mebel fabrikini işə salıb. İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir. Ağac yonqarı lövhələrinin və laminatların kəsilməsi və quraşdırılması, mebellər üçün metal hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel dəstlərinin istehsalı sahələri ən müasir səviyyədə qurulub. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Həmin vaxt ölkə Prezidenti “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılacaq “Venzana” mebel fabrikinin təməlini də qoyub. Bəs ötən dövr ərzində burada nə kimi işlər görülüb? Bütün bunlarla yerində tanış olmaq üçün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bu günlərdə yenidən müəssisədə olub. Rayon rəhbərinə məlumat verilib ki, hazırda bu yeni layihənin icrası istiqamətində işlər sürətlə davam etdirilir. Bu mebel fabriki 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniya, Belçika, Fransa, Hollandiya, İtaliya, İspaniya və İsveçə ixracı nəzərdə tutulub. İşçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası nəzərdə tutulub. Bundan başqa, ərazidə mebel mərkəzi ilə yanaşı, “Yaşıl Bazar” satış kompleksi və mehmanxana da tikiləcək. Layihənin icrası nəticəsində 2500 nəfər daimi işlə təmin ediləcək.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

15 2018 14:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə