Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Hüseyn Cavid poeziyasından incilər” qiraət müsabiqəsinə yekun vurulub

“Hüseyn Cavid poeziyasından incilər” qiraət müsabiqəsinə yekun vurulub

AMEA Hüseyn Cavidin Ev Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının tələbə və şagirdlər üçün elan etdiyi “Hüseyn Cavid poeziyasından incilər”mövzusunda qiraət müsabiqəsinə yekun vurulub. Müsabiqənin keçirilməsində məqsəd görkəmli dramaturq Hüseyn Cavidin irsini təbliğ etmək, ədibin yaradıcılığını gənc nəslə öyrətməkdir.

www.science.gov.az saytı yazır ki, müsabiqə çərçivəsində göndərilən qiraət nümunələri münsiflər heyəti tərəfindən qiymətləndirilərək ilk 5 şagird finala vəsiqə qazanıb. Onların canlı ifası dinlənilərək qaliblər müəyyənləşdirilib.

Qaliblər diplom və kitablarla mükafatlandırılıblar.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

18 Dekabr 2018 17:09 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə