Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həsən Ruhani Türkiyəyə səfərə gedir

İran Prezidenti Həsən Ruhani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə iki ölkənin Strateji Ali Şurasının 5-ci iclasında iştirak etmək məqsədilə Ankaraya səfər edəcək.

Trend-in məlumatına görə, bunu İran Prezidenti Aparatının informasiya məsələləri üzrə rəhbərinin müavini Pərviz İsmaili deyib.

Onun sözlərinə görə, Prezident Həsən Ruhani yüksək səviyyəli siyasi və iqtisadi heyətin müşayiəti ilə 2 günlük səfər çərçivəsində dekabrın 19-da Türkiyə paytaxtına gedəcək.

İran və Türkiyənin Strateji Ali Şurasının 5-ci iclası iki ölkə prezidentlərinin rəhbərliyi ilə keçiriləcək.

Səfər çərçivəsində siyasi, iqtisadi və mədəni sahələrdə sənədlər imzalanacaq.

18 Dekabr 2018 16:27 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə