Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Soyuq müharibə” filmi Avropa Kino Akademiyasının baş mükafatını alıb

“Soyuq müharibə” filmi Avropa Kino Akademiyasının baş mükafatını alıb

Polşa rejissoru Pavel Pavlikovskinin "Soyuq müharibə” (Zimna wojna) filmi Avropa Kino Akademiyasının (EFA) "Ən yaxşı Avropa filmi” nominasiyasında baş mükafat alıb.

31-ci mükafatlandırma mərasimi dekabrın 15-də Sevilyada keçirilib. Bu ekran əsərinə görə Pavlikovski, həmçinin ən yaxşı avropalı rejissor və ssenarist adına layiq görülüb. Filmin süjet xəttinin mərkəzində Qərblə sosializm düşərgəsi ölkələri qarşıdurması zamanı musiqiçi və müğənninin məhəbbət macərası dayanır.

Ən yaxşı Avropa filmi adına, habelə Əli Abbasinin "Dünyaların sərhədində” (Grans), Matteo Qarronenin "Doğman” (Dogman), Lukas Dontun "Qız” (Girl) və Aliçe Rorvaxerin "Xoşbəxt Lazar” (Lazzaro feliçe) filmləri də namizəd irəli sürülmüşdü.

Avropa Kino Akademiyasının mükafatı 1988-ci ildə təsis olunub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 Dekabr 2018 14:28 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə