Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Muğam Mərkəzində “dəyirmi masa"

Beynəlxalq Muğam Mərkəzində “dəyirmi masa

Beynəlxalq Muğam Mərkəzi xalq sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu "Dəyirmi masa" layihəsinə start vermişdir.

Layihənin ilk tədbiri noyabr ayında reallaşdırılmış və ümumi bir mövzuya -- muğamlarda qəzəllərdən düzgün istifadə prinsiplərinə həsr edilmişdir.

Layihənin digər tədbiri "Aşıq sənətinin bugünkü vəziyyəti və perspektivləri" adlanırdı. " Dəyirmi masa"nın növbəti tədbiri AMEA-nın Folklor İnstitutu ilə birgə keçirildi.  AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov tədbiri açaraq qeyd etmişdir ki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus sahəsidir. Aşıq yaradıcılığı aşıq musiqisi ilə bərabər şifahi xalq poeziyası nümunələrini və dastan ənənəsini də özündə birləşdirir.

Aşıq sənətinin Azərbaycan xalqının milli etnoqrafik köklərində oynadığı müstəsna rol haqqında danışan Aşıqlar Birliyinin sədri, professor  Məhərrəm Qasımlı demişir: “Ulu öndər Heydər Əliyev “Dədə Qorqud” eposunun 1300 illiyi ilə bağlı çıxışında məşhur bir ifadə söyləmişdi. "Dədə Qorqud və ozan-- aşıq mədəniyyəti bizim milli dəyərlərimizin, milli-mənəvi varlığımızın ən mötəbər qaynağıdır". Cənab Prezident İlham Əliyevin Gədəbəydə aşıq məktəbinin açılışı zamanı "Aşıq sənəti bizim milli sərvətimiz və milli sənətimizdir" deyə vurğuladı. Çıxış edənlər aşıq sənətinin müxtəlif  tarixi mərhələlərindən keçib xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirdiyini və  2009-cu ildə Azərbaycan aşıq sənətinin  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycan xalqının mənəvi mədəni sərvəti kimi UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini qeyd etmişlər.

Aşıq yaradıcılığına həsr olunmuş "dəyirmi masa" folklora, aşıq sənəti barədə  tədbirlər silsiləsinin başlanğıcıdır. "Dəyirmi masa"da Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı, Folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədli, filologiya üzrə elmlər doktoru, Folklor İnstitutunun baş elmi işçisi Seyfəddin Qəniyev, aşıq Cahangir Quliyev, professor, Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə, sənətşünaslıq elmləri doktoru, professor İradə Köçərli  və digər   elm və sənət  aşıq yaradıcılığının  əhəmiyyətindən danışmışlar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 Dekabr 2018 14:16 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə