Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çindən Azərbaycana qızıl və bürünc medallarla

Çindən Azərbaycana qızıl və bürünc medallarla

Ötən həftənin sonunda Azərbaycan idmançıları Çin Xalq Respublikasında keçirilmiş mötəbər beynəlxalq turnirlərdə iki medal qazanmışlar.
Əvvəlcə şənbə günü cüdoçu Rüstəm Orucovun (73 kq) Quançjou şəhərində dünya ulduzlarının yarışında bütün rəqiblərinə qalib gələrək fəxrı kürsünün zirvəsində təbrikləri qəbul etməsinə sevindik. Bu böyük müvəffəqiyyət ilin finişində Orucovun özünə və bütün Azərbaycan idmanına gözəl töhfədir.
Ertəsi gün isə Usi şəhərində taekvondo ustalarının “Böyük dəbilqə” turnirinə yekun vuruldu. Turnirin mükafatçıları sırasında milli komandamızın üzvü Milad Beiqi Hərçəqani də var. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə yarış sahiblərinin nümayəndəsi Linqronq Çeni məğlubiyyətə uğradaraq 80 kq çəki dərəcəsində “Böyük dəbilqə”nin bürünc medalını qazanmışdır.

 

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”

 

18 Dekabr 2018 00:24 - İDMAN
İDMAN
27 Yanvar 2020 | 11:49
Messidən yeni anti-rekord

Köhnə versiyamızdan xəbərləri izlə