Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkir Suvarma Sistemləri İdarəsi 2019-cu il üçün maşın-mexanizmlərə ehtiyat hissələrinin və tikinti materiallarının satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçiriləcəkdir.
Lot-1. Maşın-mexanizmlərə ehtiyat hissələrinin satınalınması. 
Lot-2. Tikinti materiallarının ­satınalınması.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 50 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Şəmkir Suvarma Sistemləri İdarəsindən (ünvan: Şəmkir rayonu, Yeni Həyat kəndi, əlaqələndirici şəxs –Rəsmiyyə Nəbiyevadan, telefon- 02230-4 -60 -01) ala bilərlər.
Şəmkir Suvarma Sistemləri İdarəsi
VÖEN- 8500224091
H/h:AZ97AIIB32051019444700120
Şəmkir rayonu üzrə Maliyyə idarəsi
VÖEN- 8500155391
“Kapital bank”ın Şəmkir bank filialı
Kod-200479
VÖEN-9900003611
M/h:AZ37NABZ01350100000000001944
S.W.İ.F.T.BİKAİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 23 yanvar 2019-cu il saat 17.00 -a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 31 yanvar 2019-cu il saat 17.00-a qədər Şəmkir rayonunun Yeni Həyat kəndində təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 1 fevral 2019-cu il saat 11.00-da qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

 

18 Dekabr 2018 00:17 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
8 Avqust 2020 | 00:01
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə