Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstanbulda “İrəvan – gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib

İstanbulda “İrəvan – gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İstanbul Universitetində, İstanbuldakı Biruni Universitetində və İstanbul Türk Ocağında konfrans və "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi "İrəvan - gizlədilmiş həqiqətlər" sənədli filminin türk dili versiyasının nümayişi keçirilib. Hər üç tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirlməsi ilə başlayıb.

Tədbirdə çıxış edən natiqlər Türkiyə və Azərbaycanın qardaşlığının sarsılmaz olduğunu, 100 il öncə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqına bəxş etdiyi dəyərləri, Ermənistanın soyqırım iddialarına və Azərbaycana hərbi təcavüzünə qarşı Türkiyə və Azərbaycanın birgə fəaliyyətlərin əhəmiyyətini vurğulayıb, Azərbaycan, ingilis, rus, türk dillərində istehsal olunan "İrəvan-gizlədilmiş həqiqətlər" sənədli filminin ermənilərin uzun illər yaydıqları yalanları ifşa etdiyini, tarixi həqiqətlərin çatdırılmasında önəmli rol oynayacağını qeyd edib. Qeyd olunub ki, İrəvanda bir məsciddən savayı, yaşı 200 ildən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb, Ermənistan rəhbərliyi tərəfindən yer üzündən silinib. İrəvandan Azərbaycan türklərinin köçürülməsi, ermənilərin işğalçılıq siyasəti haqqında izləyicilərə ətraflı məlumat verilib.

Sonra "İrəvan – gizlədilmiş həqiqətlər" sənədli filmi türk dilində nümayiş olunub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

17 Dekabr 2018 14:10 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə