Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərdədə aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub

Bərdədə aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub

Bərdə rayonunda vətəndaşların qəbulunu keçirən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birgə rayonda özünüməşğulluq proqramı iştirakçıları ilə görüşüb, proqram çərçivəsində yaradılmış ayrı-ayrı ailə təsərrüfatları ilə tanış olublar.

Rayonda 2018-ci ildə 112 şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onların əksər hissəsini əlilliyi olan insanlar, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, müharibə veteranları və digər həssas qruplardan olanlar təşkil edir. 112 nəfərdən artıq, 100-ə yaxın şəxsin  biznes-planlarına uyğun mal və materiallarla təminatı həyata keçirilib. Onlar əsasən heyvandarlıq sahəsi üzrə kiçik ailə təsərrüfatlarını qurublar. Digərlərinin də mal və materiallarla təminatı işləri davam etdirilir.

Proqram iştirakçıları ilə görüşündə S.Babayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əsas məqsədi aztəminatlı ailələrin  öz təsərrüfatlarını quraraq, kiçik ailə biznesinə çıxışına, öz zəhmətləri, səyləri ilə gəlirlərini artırmalarına, həyat şəraitlərini yaxşılaşdırmalarına imkan yaratmaqdır. Bunun üçün proqram iştirakçılarına mal və materiallar verilməklə, onlara təsərrüfatları idarə etmək və genişləndirmək üçün müvafiq məsləhət xidmətləri ilə göstərilir. Proqram digər tərəfdən kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının inkişafına bir dəstəkdir.

Proqram çərçivəsində kiçik ailə təsərrüfatlarını quran insanlar verilmiş mal və materiallardan səmərəli şəkildə faydalanaraq təsərrüfatlarını genişləndirəcəklərini qeyd ediblər. Onlar aztəminatlı ailələrə sahibkarlığa çıxış imkanı yaradıldığına, ümumən sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılması üçün aparılan işlərə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 Dekabr 2018 11:42 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə