Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Karyerada ilk addım" devizi altında növbəti məşğulluq tədbiri

“Karyerada ilk addım

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən növbəti aktiv məşğulluq tədbiri Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunub. “Karyerada ilk addım” devizi altında keçirilən tədbirdə məqsəd tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi olub. 

Tədbirin açılışında  AzTU-nun rektor əvəzi Xalıq Yahudov və DMX-nin rəis müavini Şahbaz Xələfov iştirak ediblər.

Qeyd olunub ki, gənclərin səmərəli məşğulluğunun təmin olunması Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm istiqamətlərdən biridir. ƏƏSMN tərəfindən də bu istiqamətdə aktiv məşğulluq tədbirləri davam etdirilir. Cari ilin 11 ayında nazirliyin məşğulluq orqanları vasitəsilə işlə təmin olunanların 14258 nəfəri və ya 28,4 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 1212 nəfəri və ya 49,1 faizi gənclərdir. Bu il Nazirliyin  Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə 250-yə yaxın gənc peşə hazırlığına cəlb edilib.

Özünüməşğulluq proqramında da gənclərin fəal iştirakının təmin edildiyi, cari ildə proqrama cəlb olunanlardan 1026 nəfərinin gənclər olduğu bildirilib

“Karyerada ilk addım” devizi altında AzTU-da təşkil olunan aktiv məşğulluq tədbirində 72 müəssisədən 267 vakant iş yeri təqdim edilib.

İştirakçılara seçimlərinə uyğun olaraq vakant iş yerlərinə göndərişlər verilib. Tələbə və məzunlar işəgötürənlərin nümayəndələri ilə ilkin əlaqələr qurub, əmək bazarı barədə ətraflı məlumatlar əldə ediblər. Onlar işəgötürənlərin nümayəndələrinə şəxsi məlumatları əks olunan CV-lərini təqdim ediblər. İşəgötürənlər isə gələcəkdə onlar üçün gərəkli olacaq ixtisaslı kadr seçimini aparmaq imkanı əldə ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 Dekabr 2018 11:38 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə