Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Goranboy rayonunda epizootik tədbirlər yerinə yetirilir

Goranboy rayonunda epizootik tədbirlər yerinə yetirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Goranboy Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mövcud epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar mal-qara, davar və quşlar yetişdirilən və saxlanılan binaların dezinfeksiyası, dezinseksiyası davam etdirilir.

Qeyd edək ki, cari ilin müvafiq dövrü ərzində Goranboy rayonunda 38220 kvadratmetr ərazidə dezinfeksiya, 39030 kvadratmetr ərazidə dezinseksiya tədbirləri aparılıb.

Ümumiyyətlə, heyvanlar saxlanılan binalar və ətraf ərazilərdə aparılan tədbirlər zamanı almerdeheyde, ektosan, kreolin, 5 faizli kaustik soda və sair dezinfeksiyaedici və dezinseksiyaedici dərman maddələrindən istifadə edilib.

“Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib.

Goranboy Rayon Baytarlıq İdarəsi rayon ərazisində profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirlərini aparmaqla yanaşı, mütəmadi olaraq fermerlər arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri həyata keçirir.

Hazırda Goranboy Rayon Baytarlıq İdarəsində 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib. Nazirliyin Təchizat İdarəsi tərəfindən avtorefrijatorlarla gətirilən baytarlıq preparatları soyuducu kameralara yerləşdirilərək “soyuq zəncir” rejiminə riayət edilir. Eləcə də idarə lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə  aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika  ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 Dekabr 2018 11:34 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə